İstifadə şərtləri

Bu veb-sayt Seiko Epson Corporation tərəfindən idarə olunur və qorunub saxlanır. Bu veb-saytdan istifadəniz aşağıda təsvir olunan şərtlərlə tənzimlənir. Davam etməmişdən əvvəl şərtləri tam şəkildə oxuyun və anlayın.

Müəllif hüququ ilə bağlı məlumat

Bu veb-saytda veilən materiallar üçün müəllif hüququ Seiko Epson Corporation və ya digər üçüncü şəxslərə aiddir. Buradakı materiallardan heç birini tam və ya qismən, istənilən forma və ya istənilən üsulla Seiko Epson Corporation və ya müəllif hüququ sahibinin yazılı icazəsi olmadan köçürmək, dəyişdirmək, paylaşdırmaq, endirmək, yükləmək, dərc etmək və ya ötürmək olmaz.

Ticarət Nişanları

Bu veb-saytda istifadə olunan və göstərilən əmtəə nişanları, xidmət nişanları və loqo nişanları Seiko Epson Corporation və ya digər üçüncü şəxslərin qeydiyyatdan keçmiş və ya keçməmiş əmtəə nişanlarıdır.
"Seiko Epson Corporation" adı və Epson loqosundan Seiko Epson Corporation şirkətinin əvvəlcədən yazılı razılığı olmadan hər hansı şəkildə, o cümlədən bu veb-saytda verilən materialların paylaşdırılması ilə bağlı reklam üçün istifadə oluna bilməz.

Zəmanətdən İmtina və Öhdəlik Məhdudiyyəti

Seiko Epson Corporation hər hansı məzmun, materiallar və ya məlumat, o cümlədən proqram təminatı, sənədlərin düzgünlüyü və ya tamlığı və ya bu veb-saytdakı digər FAQ-larla bağlı hər hansı növlü zəmanət vermir.
Heç bir halda Seiko Epson Corporation bu veb-saytdakı hər hansı informasiya səhvlərinə görə hər hansı öhdəliyi öz üzərinə götürmür. Seiko Epson Corporation bu veb-saytda informasiya və ya materialdan istifadə nəticəsində sizə dəyən hər hansı ziyan və ya itkilərə görə öhdəlik daşımayacaqdır. Bu veb-saytdakı bütün məlumatlar və informasiya öncədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

Bu veb-saytdan əlaqələndirilmiş Seiko Epson Corporation-a aid olmayan üçüncü tərəf veb-saytlarının məzmunu və ya bu veb-saytla əlaqələnmə müvafiq şirkətlərin öhdəliyi ilə idarə olunur və Seiko Epson Corporation-in idarəsi altında deyil.
Əlaqələndirilmiş veb-saytlardan müvafiq əlaqələndirilmiş veb-saytda dərc olunan istifadə şərtlərinə uyğun istifadə etməyiniz xahiş olunur. Şirkət əlaqələndirilmiş veb-saytların məzmunu və ya onlardan istifadə nəticəsində yaranan hər hansı zədələnmələrə görə məsuliyyət daşımır.

Qadağan olunmuş davranış

Bu veb-saytdan istifadə edən zaman aşağıdakı davranışlar qadağan olunur.

Tövsiyə olunan brauzerlər

Biz brauzerin ən son versiyasından istifadə etməyi tövsiyə edirik.

Bu veb-sayta düzgün şəkildə baxa bilmək üçün brauzer parametrlərinizdə JavaScript və üslub vərəqlərini aktivləşdirin.

Kukilərin yerləşdirilməsi

Siz bu veb-sayta daxil olanda bu veb-sayt kompüterinizə "kuki" (kompüterinizi veb-saytımızda tanıyan unikal kod) yerləşdirəcək. Bu kukidən yalnız növbəti dəfə sayta daxil olduğunuz zaman sizi müvafiq dildə olan veb-sayta yönləndirmək üçün istifadə olunacaq və bura hər hansı şəxsi və ya fərdi şəkildə tanna bilən məlumatlar daxil deyildir.

Tənzimləyici qanun və yurisdiksiya

Buradakı şərtlər Yaponiyanın qanunları ilə idarə olunacaq və izah olunacaqdır.
Sizinlə Epson arasında hər hansı mübahisə yaranarsa, tərəflər Tokio Əyalət (Nizam-İntizam) Məhkəməsinin müstəsna yurisdiksiyasına müraciət edə bilərlər.

Şəxsi məlumatların mühafizəsi・Giriş Jurnalının toplanması

Bu veb-sayt bu veb-saytı təhlil və təkmilləşdirməyə kömək etmək üçün Google Analytics-dən istifadə edir. Google Analytics anonim formada standart İnternetə giriş məlumatları və ziyarətçilərin davranışını toplamaq üçün "kukilərdən" istifadə edir. Siz Kukini bloklaya və ya Kukinin qəbulundan imtina etmək üçün Kukini qəbul etməmişdən əvvəl brauzerinizi sizi xəbərdar etməyə təyin edə bilərsiniz. Əgər bunu etsəniz, siz Saytın bəzi hissəsindən(lərindən) istifadə edə bilməyəcəksiniz. Giriş Jurnalı Google LLC şirkətinin məxfilik siyasəti ilə tənzimlənir və Saytdan istifadə etməmişdən əvvəl bunu oxumalısınız.

Google Analytics Google LLC əmtəə nişanıdır.

Əlaqəli məlumat