EPSON SON İSTİFADƏÇİNİN PROQRAM TƏMİNATI ÜZRƏ LİSENZİYA MÜQAVİLƏSİ
İSTİFADƏÇİ ÜÇÜN BİLDİRİŞ: XAHİŞ EDİRİK, BU MƏHSULU QURAŞDIRMAZDAN VƏ YA İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL BU MÜQAVİLƏNİ DİQQƏTLƏ OXUYUN. BİRLƏŞMİŞ ŞTATLARDASINIZSA, BU SƏNƏDİN 19-23-CÜ BÖLMƏLƏRİ SİZƏ ŞAMİL OLUNUR. 22-Cİ BÖLMƏDƏ İCBARİ ARBİTRAJ MÜDDƏASI VARDIR Kİ, BU DA SİZİN MƏHKƏMƏDƏ HAKİM VƏ YA HAKİMLƏR KOLLEGİYASI (JÜRİ) QARŞISINDA MÜDAFİƏ TƏLƏB ETMƏK QABİLİYYƏTİNİZİ MƏHDUDLAŞDIRIR VƏ MÜƏYYƏN MÜBAHİSƏLƏR ÜÇÜN KOLLEKTİV MƏHKƏMƏ İŞLƏRİNDƏ VƏ YA KOLLEKTİV ARBİTRAJLARDA İŞTİRAK ETMƏK HÜQUQUNUZU LƏĞV EDİR. ARBİTRAJDAN VƏ KOLLEKTİV HÜQUQLARDAN İMTİNADAN İSTİSNA EDİLMƏK ARZUSUNDA OLANLAR ÜÇÜN 22.7 BÖLMƏSİNDƏ “İMTİNA” SEÇİMİ MÖVCUDDUR. BU MƏHSUSLU AVSTRALİYADA ƏLDƏ ETSƏNİZ, BU SƏNƏDİN 24-36-CI BÖLMƏLƏRİ SİZƏ ŞAMİL EDİLƏ BİLƏR. 25 VƏ 28-Cİ BÖLMƏLƏRDƏ BU BÖLMƏLƏRİN NƏ ZAMAN ŞAMİL EDİLƏ BİLƏCƏYİNİ TƏSVİR EDİLİR. 24-36-CI BÖLMƏLƏRDƏ QANUNLA NƏZƏRDƏ TUTULMUŞ VƏ QANUNA ƏSASƏN İSTİSNA EDİLMƏSİ MÜMKÜN OLMAYAN İCBARİ QORUMA VASİTƏLƏRİ GÖSTƏRİLİR. QEYD EDİLDİYİ HALDA 24-36-CI BÖLMƏLƏR BU MÜQAVİLƏDƏ YER ALAN DİGƏR TERMİNLƏR ÜÇÜN ƏSAS GÖTÜRÜLÜR. Bu, sizinlə (bundan sonra “siz” kimi istinad ediləcək fərd və ya qurum) Seiko Epson Korporasiyası (o cümlədən, onun tabe müəssisələri, “Epson”) arasında əlavədəki proqram təminatları, o cümlədən hər hansı əlaqədar sənədlər, avadanlıq proqram təminatı və ya yeniləmələr (bundan sonra birlikdə “Proqram Təminatı”) ilə əlaqədar hüquqi müqavilədir (“Müqavilə”). Proqram Təminatı Epson və onun təchizatçıları tərəfindən yalnız müvafiq Epson brendli kompüter periferik məhsulu (“Epson Avadanlığı”) ilə istifadə üçün təmin olunur. PROQRAM TƏMİNATINI QURAŞDIRMAZDAN, SURƏTİNİ ÇIXARMAZDAN VƏ YA FƏRQLİ ŞƏKİLDƏ İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL, SİZ BU MÜQAVİLƏNİN ŞƏRT VƏ QAYDALARINI, O CÜMLƏDƏN 17-ci Bölmədə bəyan edilən EPSON MƏXFİLİK SİYASƏTİNİ NƏZƏRDƏN KEÇİRMƏLİ VƏ RAZILAŞMALISINIZ. Razılaşırsınızsa, aşağıdakı Razılaşıram (“QƏBUL EDİRƏM”, “OK” və ya razılığın hər hansı bənzər ifadəsi) düyməsini klikləyin (varsa). Bu Müqavilənin şərt və qaydaları ilə razılaşmırsınızsa, Razılaşmıram (“ÇIXIŞ”, “Ləğv et” və ya razılaşmamanın hər hansı bənzər ifadəsi) düyməsini basın (varsa) və Proqram Təminatını, o cümlədən qablaşdırmanı və əlaqədar materialları tam təzminat üçün Epson-a və ya alış yerinə geri qaytarın. |
1.Lisenziyanın verilməsi.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, Epson Proqram Təminatını sərt disklərdə və ya digər kompüter saxlama cihazlarında və ya proqram təminatı tətbiqi (həmçinin “Proqram Təminatı” kimi istinad edilir) üçün smartfonda, planşetdə və ya digər mobil cihazda (birlikdə “Cihaz”) şəxsi və daxili biznes istifadəsi məqsədilə yükləmək, quraşdırmaq və istifadə etmək üçün sizə məhdud, qeyri-müstəsna lisenziya verir, bu şərtlə ki, Proqram Təminatı (i) yalnız vahid məkanda (məs., ev və ya ofis və ya biznes yeri), və ya mobil cihaz üçün sizin sahibi olduğunuz və ya fərqli şəkildə nəzarət etdiyiniz Cihazda, və (ii) yalnız sahibi olduğunuz Epson Avadanlığı ilə əlaqədar istifadə olunsun. Siz şəbəkənizə qoşulmuş digər Epson Avadanlığı istifadəçilərinə Proqram Təminatından istifadə etməyə icazə verə bilərsiniz, bu şərtlə ki, bu cür istifadəçilərin Proqram Təminatından yalnız bu Müqaviləyə uyğun olaraq istifadə etməsini təmin etməlisiniz. Siz bu cür istifadəçilər tərəfindən istifadə nəticəsində meydana çıxan öhdəliklərə görə məsuliyyət daşımağa və Epson şirkətinə təzminat ödəməyə razılıq verirsiniz. Siz, lazım gələrsə, Proqram Təminatının ehtiyat nüsxələrini yarada bilərsiniz, bu şərtlə ki, ehtiyat nüsxə yalnız sizin Epson Avadnalığından istifadənizi dəstəkləmək üçün istifadə edilsin.
2.Təkmilləşdirmələr və Yeniləmələr.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, əgər siz Epson-dan Proqram Təminatına və Proqram Təminatı üçün təkmilləşdirmə, yeniləşdirilmiş versiya, dəyişdirilmiş versiya və ya əlavələr alsanız, həmin təkmilləşdirmə, yeniləşdirilmiş versiya, dəyişdirilmiş versiya və ya əlavə tərif edilmiş Proqram Təminatı ifadəsinə daxil olacaq və bu Müqavilə tərəfindən idarə olunacaq. Epson-un sizi Proqram Təminatına hər hansı Yeniləmələr (aşağıda bu 2-ci Bölmədə tərif edildiyi kimi) ilə təmin etmək üzrə heç bir öhdəliyi olmadığını qəbul edirsiniz. Lakin Epson vaxtaşırı olaraq Proqram Təminatının yenilənmiş versiyalarını yayımlaya bilər və Proqram Təminatı sazlamalar, patçlar, təkmilləşdirmələr, əlavə və ya genişləndirilmiş funksiyalar, plaqinlər və yeni versiyalar kimi Proqram Təminatına mövcud yeniləmələri (birlikdə “Yeniləmələr”) yoxlamaq üçün internet vasitəsilə avtomatik olaraq Epson-a və ya üçüncü tərəf serverlərinə qoşula bilər və ya (a) şəxsi cihazınıda istifadə etdiyiniz Proqram Təminatı versiyasını avtomatik olaraq elektron şəkildə yeniləyə, ya da (b) sizə tətbiq olunan Yeniləmələri əllə endirmək seçimini verə bilər. EPSON Software Updater-i ayrıca quraşdırmış olduğunuz, lakin Epson-a Proqram Təminatına mövcud yeniləmələri yoxlamaq icazəsi vermək istəmədiyiniz halda, EPSON Software Updater-in quraşdırılmasını ləğv etməklə bu xüsusiyyəti deaktiv edə bilərsiniz. Proqram Təminatını quraşdırmaqla və müvafiq hallarda Yeniləmələrlə əlaqədar hər hansı avtomatik yoxlamanı deaktiv etməməklə, siz bununla Epson və ya üçüncü tərəf serverlərindən Yeniləmələr üçün avtomatik sorğu göndərməyə və qəbul etməyə, həmçinin bu Müqavilənin şərt və qaydalarının bütün bu Yeniləmələrə tətbiq olunacağına razılaşırsınız və razılığınızı verirsiniz.
3.Digər Hüquqlar və Məhdudiyyətlər.
Siz Proqram Təminatını dəyişdirməməyə, uyğunlaşdırmamağa və ya tərcümə etməməyə razılaşırsınız, həmçinin Proqram Təminatının mənbə kodunu tərsinə layihələşdirməyə, dekompilyasiya etməyə, hissələrinə ayırmağa və ya fərqli üsullarla aşkarlamağa cəhd göstərməməyə razılaşırsınız. Siz Proqram Təminatını üçüncü tərəflərə kirayəyə, icarəyə verə, paylaya və ya Proqram Təminatını gəlir gətirən məhsul və ya xidmətə daxil edə bilməzsiniz. Lakin siz Proqram Təminatından istifadə ilə əlaqədar bütün hüquqlarınızı başqa şəxsə və ya hüquqi quruma köçürə bilərsiniz, bu şərtlə ki, qəbul edən tərəf də bu Müqavilənin şərtləri ilə razılaşsın və siz Proqram Təminatını, o cümlədən, bütün nüsəxləri, yeniləmələri və əvvəlki versiyaları, həmçinin Epson Avadanlığını bu cür şəxsə və ya quruma köçürəsiniz. Proqram Təminatı vahid qurğu kimi lisenziyalaşdırlıb və onun komponent proqramları fərqli istifadə məqsədilə ayrıla bilməz. Bunda əlavə, siz Proqram Təminatını internet kimi ictimai şəbəkə vasitəsilə girişin mümkün olduğu, və ya yuxarıda 1-ci Hissədə istinad edilən vahid məkandan kənarda başqaları tərəfindən girişin mümkün olduğu paylaşılan mühitə və ya mühitdə yerləşdirməməyə razılaşırsınız.
4.Sahiblik.
Proqram Təminatı ilə əlaqədar mülkiyyət hüququ, sahiblik hüquqları və əqli mülkiyyət hüquqları Epson və ya onun lisenzorları və təchizatçılarının hüquqları olaraq qalır. Proqram Təminatı Amerika Birləşmiş Ştatlarının Müəllif Hüquqları Qanunu, Yaponiyanın müəllif hüquqları qanunları və müəllif hüquqları üzrə beynəlxalq sazişlər, həmçinin əqli mülkiyyətlə əlaqədar digər qanun və sazişlər ilə mühafizə olunur. Proqram Təminatı üzrə hər hansı mülkiyyət hüququ və ya sahiblik sizə köçürülmür və bu Lisenziya Proqram Təminatı ilə əlaqədar hər hansı hüququn satışı kimi şərh edilməməlidir. Siz Proqram Təminatının hər hansı nüsxəsində istənilən müəllif hüququnu, ticarət nişanını, qeydiyyatdan keçirilmiş nişanı və mülkiyyətlə əlaqədar digər bildirişləri çıxarmamağa və ya dəyişdirməməyə razılaşırsınız. Verilməmiş bütün hüquqlar Epson və/yaxud onun lisenzorları və təchizatçılarında qalır. Proqram Təminatında həmçinin təsvir, illüstrasiya, dizayn və fotolar (“Materiallar”) ola bilər və bu cür materialın müəllif hüququ milli və/yaxud beynəlxalq əqli mülkiyyət qanunları, konvensiyaları və sazişləri ilə qorunur və Epson və/yaxud onun lisenzorları və təchizatçılarına məxsusdur. Aydınlıq məqsədilə, (1) Materiallar yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə edilməlidir, (2) Materiallar yalnız Proqram Təminatında nəzərdə tutulmuş tərzdə redaktə edilməli, tənzimlənməli və kopyalanmalıdır, və (3) siz Materiallardan yalnız qanuni şəxsi istifadə, evdə istifadə və ya qanunla icazə verilmiş digər tərzdə istifadə edə bilərsiniz.
5.Açıq Mənbə və Digər Üçüncü Tərəf Komponentləri.
Yuxarıda qeyd olunmuş lisenziya təminatına baxmayaraq, siz qəbul edirsiniz ki, Proqram Təminatının müəyyən komponentləri üçüncü tərəf lisenziyaları, o cümlədən, “açıq mənbə” adlandırılan proqram təminatı lisenziyaları, yəni Open Source Initiative tərəfindən açıq mənbə lisenziyaları kimi təsdiqlənmiş hər hansı proqram təminatı lisenziyaları və ya hər hansı mahiyyət etibarilə bənzər lisenziyalar, o cümlədən bu cür lisenziyaya uyğun olaraq lisenziyalaşdırılmış proqram təminatının paylanması şərti kimi distribyutorun proqram təminatını mənbə kodu formatında əlçatımlı etməsini tələb edən hər hansı lisenziya (bu cür üçüncü tərəf komponentləri, “Üçüncü Tərəf Komponentləri”) ilə əhatə oluna bilər. Üçüncü Tərəf Komponentlərinin siyahısı və Proqram Təminatının xüsusi versiyaları üzrə müvafiq lisenziya şərtləri (tələb olunarsa) bu Müqavilənin sonunda, https://support.epson.net/terms/ səhifəsində qeyd olunur və müvafiq istifadəçi təlimatı/CD və ya lisenziya məlumatı Cihazınızda/Proqram Təminatınızda göstərilir. Üçüncü Tərəf Komponentlərini əhatə edən lisenziyaların tələb etdiyi dərəcədə, bu cür lisenziyaların şərtləri bu Müqavilənin şərtlərinin əvəzində tətbiq olunacaq. Üçüncü Tərəf Komponentlərinə tətbiq edilən lisenziyaların şərtlərinin bu cür Üçüncü Tərəf Komponentləri ilə əlaqədar bu Müqavilədə göstərilən məhdudiyyətlərdən hər hansı birini qadağan etdiyi dərəcədə, bu cür məhdudiyyətlər belə Üçüncü Tərəf Komponentinə tətbiq olunmayacaq.
6.Proqram Təminatının Çoxsaylı Versiyaları.
Siz Proqram Təminatını birdən çox versiyada qəbul edə və ya əldə edə bilərsiniz (məs. müxtəlif əməliyyat mühitləri üçün; iki və ya daha çox dilə tərcümə olunmuş versiyalar; Epson serverindən endirilmiş və ya CD-ROM-da), lakin qəbul etdiyiniz nüsxələrin növündən və ya sayından asılı olmayaraq, siz hələ də yalnız yuxarıdakı 1-ci Bölmədə təmin edilən lisenziya üçün müvafiq olan media və ya versiyadan istifadə edə bilərsiniz.
7.Zəmanətdən və Nasazlıqların Aradan Qaldırılmasından İmtina.
25-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, əgər Proqram Təminatını media daşıyıcısı vasitəsilə Epson və ya dilerdən almısınızsa, Epson sizə çatdırıldığı tarixdən etibarən 90 gün ərzində Proqram Təminatının yazıldığı media daşıyıcısında istehsalat nöqsanlarının olmayacağına və materialların normal istifadə olunacağına zəmanət verir. Əgər media daşıyıcısı sizə çatdırıldığı tarixdən etibarən 90 gün ərzində Epson-a və ya media daşıyıcısının alındığı dilerə geri qaytarılarsa və Epson media daşıyıcısının nöqsanlı olduğu qərarına gələrsə və media daşıyıcısı yanlış istifadə, sui-istifadə, yanlış tətbiq və ya nöqsanlı avadanlıqda istifadəyə məruz qalmayıbsa, Epson sizin Proqram Təminatını Epson-a geri qaytarmanızdan sonra media daşıyıcısını, o cümlədən onun hər hansı hissələrinin bütün nüsxələrini dəyişdirəcək. Siz qəbul edir və razılaşırsınız ki, Proqram Təminatından istifadə yalnız sizin riskinizdir. PROQRAM TƏMİNATI "OLDUĞU KİMİ" VƏ HƏR HANSI ZƏMANƏT OLMADAN TƏMİN OLUNUR. EPSON VƏ ONUN TƏCHİZATÇILARI SİZİN PROQRAM TƏMİNATINDAN İSTİFADƏ ETMƏKLƏ ƏLDƏ EDƏ BİLƏCƏYİNİZ FƏALİYYƏTƏ VƏ YA NƏTİCƏLƏRƏ ZƏMANƏT VERMİR VƏ ZƏMANƏT VERƏ BİLMƏZ. Epson Proqram Təminatının istismarının fasiləsiz, xətasız, viruslardan və ya digər zərərli komponentlərdən və ya zəifliklərdən azad olacağına və ya Proqram Təminatının funksiyalarının sizin ehtiyac və ya tələblərinizi qarşılayacağına zəmanət vermir. Epson-un zəmanətin pozulması ilə əlaqədar yeganə və müstəsna öhdəliyi və sizin müvafiq müstəsna təzminatınız ya Epson-un seçimi ilə Proqram Təminatı üçün media daşıyıcısının dəyişdirilməsi, ya da Proqram Təminatını və Epson Avadanlığını geri qaytarmaqla pulunuzun geri ödənilməsi ilə məhdudlaşacaq. Hər hansı dəyişdirilmiş Proqram Təminatı ilə əlaqədar hansı daha uzun olarsa, ya ilkin zəmanət müddətinin qalan hissəsi müddətində, ya da otuz (30) gün müddətinə zəmanət veriləcək. Yuxarıdakı üsul hər hansı səbəbdən baş tutmazsa, Epson-un zəmanətin pozulması ilə əlaqədar bütün öhdəliyi Epson Avadanlığı üçün ödənilmiş məbləğin geri qaytarılması ilə məhdudlaşır. Epson özünün məntiqi nəzarətindən kənar səbəblərdən fəaliyyətdə gecikmələr və ya fəaliyyətsizlik ilə əlaqədar məsuliyyət daşımır. Proqram Təminatının qəza, sui-istifadə və ya yanlış tətbiq nəticəsində çalışmadığı hallarda, bu Məhdud Zəmanət etibarsızdır. BƏYAN EDİLMİŞ MƏHDUD ZƏMANƏTLƏR VƏ NASAZLIQLARIN ARADAN QALDIRILMASI MÜSTƏSNADIR VƏ BÜTÜN DİGƏRLƏRİNİ ƏVƏZ EDİR. EPSON HÜQUQ POZUNTULARININ OLMAMASI, SATIŞA UYĞUNLUQ VƏ KONKRET BİR MƏQSƏDƏ YARARLILIQ İLƏ ƏLAQƏDAR AÇIQ VƏ YA DOLAYISI YOLLA İFADƏ OLUNMUŞ BÜTÜN DİGƏR ZƏMANƏTLƏRDƏN İMTİNA EDİR. BUNUNLA BELƏ, BƏZİ DÖVLƏTLƏR VƏ YA YURİSDİKSİYALAR DOLAYISI YOLLA İFADƏ OLUNMUŞ İSTİSNALARA VƏ YA MƏHDUDİYYƏTLƏRƏ İCAZƏ VERMİR VƏ BU CÜR DÖVLƏTLƏRDƏ YUXARIDAKI MƏHDUDİYYƏT SİZƏ TƏTBİQ OLUNMAYA BİLƏR.
8.Öhdəliyin Məhdudlaşdırılması.
25 və/və ya 28-ci Bölməyə (bu bölmələr, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, EPSON VƏ YA ONUN TƏMSİLÇİSİNƏ BU CÜR ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ HAQQINDA MƏLUMAT VERİLSƏ BELƏ, TƏTBİQ OLUNAN QANUNUN İCAZƏ VERDİYİ MAKSİMAL DƏRƏCƏDƏ, HEÇ BİR HALDA EPSON VƏ YA ONUN TƏCHİZATÇILARI BİRBAŞA, DOLAYISI, XÜSUSİ, TƏSADÜFİ VƏ YA NƏTİCƏDƏ YARANMASINDAN ASILI OLMAYARAQ, MÜQAVİLƏ, HAQSIZLIQ (O CÜMLƏDƏN, SƏHLƏNKARLIQ), MÜTLƏQ ÖHDƏLİK, ZƏMANƏTİN POZULMASI, YANLIŞ TƏMSİL VƏ YA DİGƏR SƏBƏBLƏRDƏN ORTAYA ÇIXAN, BU PROQRAM TƏMİNATINDAN İSTİFADƏ VƏ YA İSTİFADƏ ETMƏK QABİLİYYƏTİNİN OLMAMASI, VƏ YA BU MÜQAVİLƏDƏN MEYDANA ÇIXAN HƏR HANSI VƏ HEÇ BİR ZƏRƏR, O CÜMLƏDƏN, BİZNES GƏLİRLƏRİNİN İTKİSİ, BİZNESƏ FASİLƏ VERİLMƏSİ, BİZNES MƏLUMATININ İTİRİLMƏSİ VƏ YA DİGƏR MADDİ ZİYAN İLƏ ƏLAQƏDAR ÖHDƏLİK DAŞIMAYACAQ. BƏZİ DÖVLƏTLƏR MÜƏYYƏN SÖVDƏLƏŞMƏLƏRDƏ ZƏRƏRLƏRİN İSTİSNASI VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR VƏ BU CÜR DÖVLƏTLƏRDƏ, YUXARIDAKI MƏHDUDİYYƏTLƏR VƏ İSTİSNALAR TƏTBİQ OLUNMAYA BİLƏR.
9.ABŞ Hökumətinin Proqram Təminatını Əldə Etməsi.
Bu Hissə Proqram Təminatının ABŞ Hökuməti (“Hökumət”), və ya Hökumət ilə hər hansı müqavilə, qrant, əməkdaşlıq müqaviləsi, “digər sövdələşmə” (“DS”) və ya digər fəaliyyətə uyğun olaraq hər hansı əsas podratçı və ya subpodratçı (istənilən səviyyəli) tərəfindən və ya onun üçün bütün əldə olunmalarına tətbiq olunur. Proqram Təminatının çatdırılmasını qəbul etməklə, Hökumət, hər hansı əsas podratçı və hər hansı subpodratçı razılaşır ki, Proqram Təminatı müvafiq hallarda FSQ-nin (Federal Satınalmalar Qaydaları) 12-ci Hissəsi, FSQ-nin 27.405-ci alt hissəsinin (b) paraqrafı, və ya FSQMƏ-nin (Federal Satınalmalar Qaydalarına Müdafiə Əlavəsi) 227.7202-ci alt hissəsində nəzərdə tutulan mənada “kommersiya” kompüter proqram təminatı tərifinə uyğundur və heç bir digər qayda və ya FSQ, yaxud FSQMƏ-nin verilənlərə dair hüquqlar ilə əlaqədar bəndləri bu Proqram Təminatının Hökumətə çatdırılmasına tətbiq olunmur. Uyğun olaraq, bu Müqavilənin şərt və qaydaları Hökumətin (və əsas podratçı və hər hansı subpodratçının) Proqram Təminatından istifadəsini və onu açıqlamasını idarə edir və Proqram Təminatının Hökumətə çatdırılması ilə əlaqədar hər hansı müqavilə, qrant, əməkdaşlıq müqaviləsi, DS və ya digər fəaliyyətin hər hansı zidd şərt və qaydalarından üstün əhəmiyyətə malikdir. Əgər bu Proqram Təminatı Hökumətin ehtiyaclarını qarşılaya bilməzsə, əgər bu Müqavilə Federal qanuna hər hansı baxımdan uyğun gəlməzsə, və ya yuxarıda istinad edilmiş FSQ və FSQMƏ müddəaları idarə etmirsə, Hökumət Proqram Təminatını istifadə edilmədən Epson-a geri qaytarmağa razılaşır.
10.İxracın Məhdudlaşdırılması.
Siz Proqram Təminatının hər hansı ölkəyə göndərilməyəcəyi, köçürülməyəcəyi və ya ixrac edilməyəcəyi və yaxud Amerika Birləşmiş Ştatlarının İxracat Administrasiyası və ya hər hansı digər ixrac qanunları, məhdudiyyətləri və ya qaydaları ilə qadağan olunmuş hər hansı tərzdə istifadə edilməyəcəyi ilə razılaşırsınız.
11.Tam Müqavilə.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, bu Müqavilə Proqram Təminatı ilə əlaqədar tərəflər arasında tam müqavilədir və Proqram Təminatı ilə əlaqədar hər hansı alış sifarişi, kommunikasiya, reklam və ya təmsilçilikdən üstün əhəmiyyətə malikdir.
12.İcbari Müqavilə; Hüququ Qəbul Edən Tərəflər.
Bu Müqavilə özünün tərəfləri və onların müvafiq xələfləri, hüququ qəbul edən tərəfləri və hüquqi təmsilçiləri üçün icbaridir və onlar üçün real hüquqi nəticələr yaradır.
13.Müddəanın Müqavilədən Çıxarılmasının Mümkünlüyü; Dəyişikliklər.
Əgər buradakı hər hansı bir müddəa səlahiyyətli yurisdiksiya məhkəməsi tərəfindən etibarsız və ya icra edilməsi mümkün olmayan hesab edilərsə (ABŞ-da yerləşirsinizsə, 22.8 və 22.9 Bölmələrinə uyğun olaraq), bu, Müqavilənin tarazlığının etibarlılığına təsir göstərməyəcək və Müqavilə öz şərtlərinə uyğun olaraq etibarlı və icrası mümkün olaraq qalacaq. 28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda, sizə şamil edilə bilər) əsasən bu Müqaviləyə yalnız Epson-un səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış yazılı şəkildə dəyişiklik edilə bilər.
14.Təzminat.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, siz razılaşırsınız ki, Epson və onun direktorlarına, məsul şəxslərinə, səhmdarlarına, işçilərinə və agentlərinə (i) sizin bu Müqavilədəki hər hansı öhdəliyinizin hər hansı pozulmasından və ya (ii) Proqram Təminatının və ya Epson Avadanlığının istifadəsindən ortaya çıxan hər hansı və bütün itkilər, öhdəliklər, zərərlər, məsrəflər, xərclər (o cümlədən, məntiqi vəkil haqqları), məhkəmə prosesləri, məhkəmə işləri və iddialara görə təzminat ödəyəcəksiniz və onların zərərsizliyini təmin edəcəksiniz və Epson-un xahişi ilə onları müdafiə edəcəksiniz. Əgər Epson sizdən hər hansı belə məhkəmə prosesini, məhkəmə işini və ya iddianı müdafiə etməyi xahiş edərsə, Epson-un öz hesabına öz seçdiyi məsləhətçi ilə müdafiədə iştirak etmək hüququ olacaq. Siz Epson-un əvvəlcədən verilmiş yazılı razılığı olmadan Epson-un təzminat hüququna malik olduğu hər hansı üçüncü tərəf iddialarını həll etməyəcəksiniz.
15.Xitam.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, Epson-un malik olduğu hər hansı digər hüquqlara xələl gətirmədən, sizin yuxarıdakı 1 Bölməsinə uyğun olan lisenziya hüquqlarınıza və yuxarıdakı 7-ci Bölməyə uyğun olan zəmanət hüquqlarınıza bu Müqaviləyə riayət etmədiyiniz halda avtomatik olaraq xitam veriləcək. Bu cür hüquqlara xitam verilməsindən sonra, siz razılaşırsınız ki, Proqram Təminatl və onun bütün nüsxələri dərhal məhv ediləcək.
16.Müqavilə Bağlamaq Qabiliyyəti və Səlahiyyəti.
28-ci Bölməyə (bu bölmə, Avstraliyada Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən istifadə etdiyiniz halda sizə şamil edilə bilər) əsasən, siz bildirirsiniz ki, öz dövlətinizdə və ya yaşayış yerinizin yurisdiksiyasında bu Müqaviləyə daxil olmaq üçün hüquqi yetkinlik yaşındasınız və bütün zəruri səlahiyyətlərə, o cümlədən, müvafiq hallarda, işə götürəniniz tərəfindən bu Müqaviləyə daxil olmaq üçün verilmiş müvafiq icazəyə maliksiniz.
17.Məxfilik, İnformasiyanın İşlənməsi.
Proqram Təminatının verilənləri Cihazınıza və geri ötürmək üçün internet vasitəsilə qoşulmaq imkanı ola bilər. Məsələn, əgər siz Proqram Təminatını quraşdırsanız, Proqram Təminatı Cihazınızın model və seriya nömrəsi, ölkə identifikatoru, dil kodu, əməliyyat sistemi informasiyası və Epson Avadanlığından istifadə məlumatlarını Epson internet saytına göndərməsinə səbəb ola bilər və bununla da Cihazınıza görüntülənmək üçün reklam və ya xidmət məlumatları göndərilə bilər. Proqram Təminatı vasitəsilə təmin edilmiş informasiyanın hər hansı işlənməsi tətbiq olunan verilənlərin mühafizəsi qanunlarına və https://global.epson.com/privacy/area_select_confirm_eula.html keçidindəki Epson Məxfilik Siyasətinə uyğun olacaq. Tətbiq olunan qanunların icazə verdiyi dərəcədə, bu Müqavilənin şərtlərinə razılaşmaqla və Proqram Təminatını quraşdırmaqla, siz informasiyanızın yaşadığınız ölkədə və/yaxud o ölkədən kənarda işlənməsinə və saxlanmasına razılıq verirsiniz. Əgər Proqram Təminatına daxil edilmiş və/yaxud siz Proqram Təminatından istifadə edərkən göstərilən hər hansı spesifik məxfilik siyasəti varsa (məsələn, müəyyən proqram təminatı tətbiqlərinin proqram təminatı ilə əlaqədar), bu cür spesifik məxfilik siyasəti yuxarıda bəyan edilmiş Epson Məxfilik Siyasətindən üstün tutulacaq.
18.Üçüncü Tərəf.
Siz Proqram Təminatından hiper-mətn və ya digər kompüter keçidləri vasitəsilə Epson-un nəzarəti altında olmayan və ya Epson tərəfindən idarə edilməyən, üçüncü tərəflərin nəzarəti altında olan veb-saytlara giriş əldə edə və müəyyən xidmətlərdən istifadə edə bilərsiniz. Siz qəbul edir və razılaşırsınız ki, Epson bu cür üçüncü tərəf saytları və ya xidmətlərinə, o cümlədən onların dəqiqliyi, tamlığı, vaxtlı-vaxtında olması, etibarlılığı, müəllif hüquqlarına uyğunluğu, qanuniliyi, ləyaqəti, keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. Bu üçüncü tərəf veb-saytları/xidmətləri fərqli şərt və qaydaların subyektidir və siz üçüncü tərəf veb-saytlarına/xidmətlərinə daxil olarkən və onlardan istifadə edərkən, həmin veb-saytların/xidmətlərin şərt və qaydaları ilə hüquqi məsuliyyət daşıyacaqsınız. Üçüncü tərəf veb-saytlarına/xidmətlərinə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar həmin veb-saytlarına/xidmətlərin şərt və qaydaları tətbiq olunacaq. Epson Proqram Təminatından üçüncü tərəf veb-saytına/xidmətinə keçid təmin edə bilsə də, bu cür keçid bu cür veb-saytlar/xidmətlər, onun məzmunu və ya təminatçıları ilə əlaqədar Epson tərəfindən icazə, təsdiqləmə, sponsorluq və ya üzvlük deyil. Epson bu cür keçidləri yalnız sizin istinadınız və rahatlığınız üçün təmin edir. Uyğun olaraq, Epson bu cür veb-saytlar/xidmətlər ilə bağlı heç bir təmsilçilik etmir və bu cür üçüncü tərəf veb-saytları/xidmətləri ilə əlaqədar heç bir dəstəyi təmin etmir. Epson bu cür veb-saytlarda/xidmətlərdə aşkar edilən hər hansı informasiya, məhsul və ya proqram təminatını sınaqdan keçirməyib və buna görə də, onlarla əlaqədar heç bir təmsilçiliyi icra edə bilməz. Siz razılaşırsınız ki, Epson bu cür veb-saytların/xidmətlərin məzmunu və ya fəaliyyətinə görə məsuliyyət daşımır və seçiminizin viruslar, soxulcan viruslar, Troyan virusu və hər hansı digər dağıdıcı elementdən azad olduğunu təmin etmək üçün ehtiyat tədbirləri görmək sizin qərarınızdır. Bu Proqram Təminatından keçid etdiyiniz hər hansı digər veb-saytda/xidmətdə hər hansı məzmundan istifadə dərəcənizi müəyyən etməyə görə yalnız siz məsuliyyət daşıyırsınız.
(AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDASINIZSA, AŞAĞIDAKI 19 - 23 BÖLMƏLƏRİ SİZƏ TƏTBİQ OLUNUR)
19.Mürəkkəb Satınalmaları.
Şimali Amerikada satılan müəyyən Epson printer məhsulları üçün, Proqram Təminatında Epson-dan mürəkkəb almaq seçimi də göstərilə bilər. Əgər almaq düyməsinə klikləsiniz, Proqram Təminatı Cihazınızın Epson Avadanlığının kartric növləri və mürəkkəb səviyyələrini göstərməsinə və rənglər, əlçatımlı kartric ölçüləri kimi kartricləriniz haqqında məlumatları, həmçinin onlayn rejimdə Epson-dan ala biləcəyiniz əvəzedici mürəkkəb kartricləri kimi digər məlumatları təmin etməsinə səbəb olacaq.
20.Endirilə Bilən Yeniləmələr.
Siz həmçinin Proqram Təminatına yeniləmələr və ya təkmilləşdirmələr əlçatımlı olduqda, bu cür yeniləmə və ya təkmilləşdirmələri Epson internet saytından endirə bilərsiniz. Əgər siz Proqram Təminatını quraşdırmağa razılaşsanız, internetə və internetdən hər hansı ötürmələr və verilənlərin toplanması və istifadəsi Epson-un həmin zaman qüvvədə olan Məxfilik Siyasətinə uyğun olacaq və Proqram Təminatını quraşdırmaqla siz razılaşırsınız ki, bu cür həmin zaman qüvvədə olan Məxfilik Siyasəti bu cür fəaliyyətləri idarə edəcək.
21.Epson Hesabları və Təşviqat Mesajları.
Bundan əlavə, əgər siz Proqram Təminatını quraşdırsanız və öz Epson Avadanlığınızı Epson-da qeydiyyatdan keçirsəniz, və/yaxud Epson Mağazasında hesab yaratsanız, və bu cür istifadəyə razılığınızı versəniz, siz razılaşırsınız ki, Epson Proqram Təminatının quraşdırılması, Epson Avadanlığınızın qeydiyyatdan keçirilməsi və/yaxud Epson Mağazasında hesab yaradılması ilə əlaqədar toplanan və şəxsi məlumatlarınızla qeyri-şəxsi müəyyən oluna bilən informasiyadan tibarət olan verilənləri birləşdirə və bu cür birləşdirilmiş verilənlərdən sizə Epson təşviqat və ya xidmət məlumatlarını göndərmək üçün istifadə edə bilər. Əgər siz öz Epson Avadanlığınız haqqında məlumat göndərmək və ya təşviqat, yaxud xidmət məlumatlarını almaq istəmirsinizsə, bu xüsusiyyətləri Windows sistemində drayverdəki Nəzarət tərcihləri vasitəsilə deaktiv edə biləcəksiniz. Mac əməliyyat sistemində bu xüsusiyyətləri Epson Customer Research Participation və Low Ink Reminder adlanan proqram təminatlarının quraşdırılmasını ləğv etməklə deaktiv edə bilərsiniz.
22.MÜBAHİSƏLƏR, İCBARİ FƏRDİ ARBİTRAJ, VƏ KOLLEKTİV MƏHKƏMƏ PROSESLƏRİNDƏN VƏ KOLLEKTİV ARBİTRAJLARDAN İMTİNA
22.1Mübahisələr.
Bu 22-ci Bölmənin şərtləri sizinlə Epson arasındakı bütün mübahisələr tətbiq olunacaq. “Mübahisə” ifadəsi qanunla icaz’ verilən ən geniş mənanı ifadə etmək üçün nəzərdə tutulub və bu Müqavilə, Proqram Təminatı, Epson Avadanlığı və ya sizinlə Epson-un iştirak etdiyi müqavilə, zəmanət, yanlış təmsilçilik, saxtakarlıq, haqsızlıq, qəsdən haqsızlıq, qayda, nizamnamə, əmr və ya hər hansı digər hüquqi və ya qərəzsiz əsasdan ortaya çıxan və ya onlarla əlaqədar hər hansı mübahisə, iddia, ziddiyyət və ya məhkəmə işini əhatə edir. “MÜBAHİSƏ” IP İDDİALARINI, və ya daha konkret desək, (a) ticarət nişanı hüququnun pozulması və ya zəiflədilməsi, (b) patent hüququnun pozulması, (c) müəllif hüququnun pozulması və ya yanlış istifadəsi, və ya (d) ticarət sirrinin qanunsuz mənimsənilməsiNİ (“IP İddiası”) ƏHATƏ ETMİR. 22.6-cı Bölməyə baxmayaraq siz və Epson həmçinin razılaşırsınız ki, iddia və ya məhkəmə prosesinin səbəbinin IP İddiası ilə əlaqədar olub-olmadığı haqqında qərarı arbitr deyil, məhkəmə qəbul edə bilər.
22.2İcbari Arbitraj.
Siz və Epson razılaşırsınız ki, bütün Mübahisələr bu Müqaviləyə uyğun olaraq icbari arbitraj yolu ilə həll ediləcək. ARBİTRAJ O DEMƏKDİR Kİ, SİZ MƏHKƏMƏ PROSESİNDƏ HAKİM VƏ YA HAKİMLƏR KOLLEGİYASININ (JÜRİ) İŞTİRAKI İLƏ ƏLAQƏDAR HÜQUQUNUZDAN İMTİNA EDİRSİNİZ VƏ APPELYASİYA ÜZRƏ ƏSASLARINIZ MƏHDUDDUR. Bu Müqaviləyə əsasən, icbari arbitraj milli səviyyədə tanınmış arbitraj orqanı olan MAVX (Məhkəmə Arbitraj və Vasitəçilik Xidməti) tərəfindən sonuncunun həmin vaxt istehlakçı ilə əlaqədar mübahisələr üzrə qüvvədə olan prosedurlar məcəlləsinə uyğun olaraq, lakin arbitrajda müştərək və ya kollektiv məhkəmə proseslərinə icazə verən hər hansı qaydalar istisna olunmaqla həyata keçiriləcək (prosedurla bağlı ətraflı məlumat üçün, aşağıdakı 22.6 Bölməsinə baxın). Siz və Epson anlayır və razılaşırsınız ki, (a) Federal Arbitraj Aktı (ABŞ Məc. 9 §1 və sonrakılar) bu 22-ci Bölmənin şərhini və icrasını idarə edir, (b) bu Müqavilə ştatlararası kommersiyada sövdələşməni sənədləşdirir, və (c) bu 22-ci Bölmə bu Müqavilənin qüvvəsinin bitməsindən sonra da qüvvədə qalacaq.
22.3Arbitrajdan Əvvəlki Addımlar və Bildiriş.
İddianı arbitraja təqdim etməzdən əvvəl siz və Epson hər hansı Mübahisəni altmış (60) gün ərzində qeyri-rəsmi şəkildə həll etməyə cəhd göstərməyə razılaşırsınız. Əgər Epson və siz altmış (60) gün ərzində Mübahisəni həll etmək üçün razılığa gələ bilməsiniz, siz və ya Epson arbitrajı başlada bilər. Epson-a bildirişdə bu ünvan göstərilməlidir: Epson America, Inc., KİMƏ: Hüquq Şöbəsi, 3131 Katella Ave. Los Alamitos, CA 90720 (“Epson Ünvanı”). Sizə Mübahisə Bildirişi Epson-un öz sənədlərində sizinlə əlaqədar göstərilən ən son ünvana göndəriləcək. Bu səbəbdən, ünvanınızın dəyişdiyi təqdirdə EAILegal@ea.epson.com ünvanına e-poçt göndərməklə və ya yuxarıdakı Epson Ünvanına yazmaqla bizə bildiriş verməyiniz vacibdir. Mübahisə haqqında Bildirişdə göndərənin adı, ünvanı və əlaqə məlumatı, Mübahisənin yaranmasına səbəb olan faktlar və irəli sürülən tələb göstərilməlidir (“Mübahisə Bildirişi”). Mübahisə Bildirişinin qəbulundan sonra, Epson və siz arbitrajı başlatmazdan əvvəl Mübahisəni həll etmək üçün vicdanla hərəkət etməyə razılaşırsınız.
22.4Kiçik İddialar Məhkəməsi.
Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə prosesi sizin ştat və ya bələdiyyənizin kiçik iddialar məhkəməsinin yurisdiksiyası çərçivəsindədirsə və yalnız həmin məhkəmədə həllini gözləyirsə, həmin kiçik iddialar məhkəməsində fərdi məhkəmə prosesi başlada bilərsiniz.
22.5KOLLEKTİV MƏHKƏMƏ PROSESLƏRİNDƏN VƏ KOLLEKTİV ARBİTRAJLARDAN İMTİNA.
SİZ VƏ EPSON RAZILAŞIRSINIZ Kİ, HƏR BİR TƏRƏF DİGƏR TƏRƏFƏ QARŞI MÜBAHİSƏLƏRİ YALNIZ FƏRDİ ŞƏKİLDƏ VƏ FEDERAL VƏ YA ŞTAT KOLLEKTİV MƏHKƏMƏ PROSESLƏRİ VƏ YA KOLLEKTİV ARBİTRAJLAR DA DAXİL OLMAQLA, HƏR HANSI KOLLEKTİV VƏ YA TƏMSİLÇİ PROSESDƏ İDDİAÇI VƏ YA KOLLEKTİV ÜZVÜ QİSMİNDƏ ÇIXIŞ ETMƏDƏN QALDIRA BİLƏR. KOLLEKTİV MƏHKƏMƏ PROSESLƏRİ, KOLLEKTİV ARBİTRAJLAR, ÖZƏL BAŞ PROKUROR VƏ KİMİNSƏ TƏMSİLÇİ QİSMİNDƏ ÇIXIŞ ETDİYİ HƏR HANSI DİGƏR PROSEDURA İCAZƏ VERİLMİR. UYĞUN OLARAQ, BU BÖLMƏDƏ GÖSTƏRİLƏN ARBİTRAJ PROSEDURLARINA ƏSASƏN, ARBİTR TƏSİRƏ MƏRUZ QALAN BÜTÜN TƏRƏFLƏRİN ARBİTRAJ PROSESİNƏ YAZILI RAZILIĞI OLMADAN BİRDƏN ÇOX TƏRƏFİN İDDİALARINI BİRLƏŞDİRMƏYƏCƏK VƏ YA BİR ARAYA GƏTİRMƏYƏCƏK.
22.6ArbitraJ Proseduru.
Əgər siz və ya Epson arbitrajı başladarsa, arbitraj kollektiv və ya təmsilçi zəminində arbitraja icazə verən, http://www.jamsadr.com ünvanında və ya 1-800-352-5267 nömrəsinə zəng etməklə əlçatlımlı olan hər hansı qaydalar (“MAVX qaydaları”) istisna olmaqla və bu Müqavilədə təsbit olunan qaydalara müvafiq olaraq, arbitrajın irəli sürüldüyü zaman qüvvədə olan MAVX qaydaları ilə idarə olunmalıdır. Bütün Mübahisələr vahid neytral arbitr tərəfindən həll olunmalıdır və tərəflərin hər ikisi arbitrin seçilməsində iştirak etmək üçün əsaslı imkana malik olmalıdır. Arbitrin bu Müqavilənin şərtlərinə əməl etmək öhdəliyi vardır. Hər hansı federal, ştat və a yerli məhkəmə və ya agentlik deyil, arbitr bu Müqavilənin şərhi, tətbiqinin mümkünlüyü, icrasının mümkünlüyü və ya formalaşdırılmasından ortaya çıxan və ya bunlarla əlaqədar bütün mübahisələri, o cümlədən bu Müqavilənin bütövlükdə və ya hər hansı hissəsinin etibarsız olması və ya etibarsız edilməsinin mümkünlüyü ilə bağlı hər hansı iddianı həll etmək üçün müstəsna səlahiyyətə malik olacaq. Arbitrə bu geniş səlahiyyətlərin verilməsinə baxmayaraq, məhkəmə iddianın və ya məhkəmə prosesinin səbəbinin IP İddiası ilə əlaqədar olub-olmadığı kimi məhdud suala cavabı müəyyən edə bilər ki, bu cür iddialar da yuxarıdakı 22.1 Bölməsində “Mübahisələr” ifadəsindən istisna edilmişdir. Arbitr qanuna və ya ədalət qanununa uyğun olaraq məhkəmədə əlçatımlı olan hər hansı hüquqi qorunmanı təmin etmək səlahiyyətinə malik olacaqdır. Arbitr və məhkəmə eyni zərərlərə görə sizə təzminatın ödənilməsi haqqında qərar çıxara bilər; eyni zamanda, arbitr yalnız tələb irəli sürən fərdi tərəfin xeyrinə və yalnız həmin tərəfin fərdi iddiası ilə tələb olunan məhkəmə müdafiəsini təmin etmək üçün zəruri olan dərəcədə deklarativ və ya məhkəmə qadağası formasında qərar çıxara bilər. Bəzi hallarda, arbitrajın xərcləri məhkəmə işinin xərclərindən yüksək ola bilər və məlumatların açıqlanması hüququ arbitrajda məhkəmədən daha məhdud ola bilər. Arbitrin qərarı icbaridir və hər hansı müvafiq yurisdiksiya məhkəməsində hökm kimi verilə bilər.
Siz arbitraj dinləmələrində telefonla iştirak etməyi seçə bilərsiniz. Telefonla aparılmayan arbitraj dinləmələri sizin seçiminizə əsasən ya sizin əsas yaşayış yerinizdən kifayət qədər əlçatan olan bir yerdə, ya da Kaliforniyanın Orinc dairəsində keçiriləcəkdir.
a) Arbitraj Prosesinin Başladılması. | |||||
Əgər siz və ya Epson Mübahisə ilə əlaqədar arbitraja müraciət etmək qərarına gəlsəniz, hər iki tərəf aşağıdakı prosedurla razılaşır: |
|||||
(i) Arbitraj üçün Tələb yazılması. Tələbə Mübahisənin təsviri və təzminat ödənilməsinin tələb olunduğu zərərlərin məbləği daxil olmalıdır. Arbitraj üçün Tələbin nüsxəsini http://www.jamsadr.com (“Arbitraj üçün Tələb”) ünvanında tapa bilərsiniz. (ii) Arbitraj üçün Tələbin üç nüsxəsini, həmçinin müvafiq sənədləşdirmə haqqını bu ünvana göndərin: JAMS, 500 North State College Blvd., Suite 600 Orange, CA 92868, U.S.A. (iii) Arbitraj üçün Tələbin bir nüsxəsini digər tərəfə (Mübahisə Bildirişində göstərilmiş ünvan), və ya tərəflərin fərqli cür razılaşdığı kimi göndərin. |
|||||
b) Dİnləmə Formatı. | |||||
Arbitraj zamanı, arbitr sizin və ya Epson-un hüququ olduğu məbləği (əgər varsa) müəyyən etməsinə qədər təklif edilən hər hansı iddia həlli məbləği arbitrə açıqlanmamalıdır. Mübahisə ilə əlaqədar, imtiyazla mühafizə olunmayan/qeyri-məxfi məlumatların aşkarlanması və ya mübadiləsinə arbitraj zamanı icazə verilə bilər. | |||||
c) Arbitraj Haqqları. | |||||
Epson bu Müqavilənin müddəalarına uyğun olaraq, (siz və ya Epson tərəfindən) başladılan hər hansı arbitraj üzrə bütün MAVX sənədləşdirmələri və arbitr haqqlarını ödəyəcək və ya (müvafiq hallarda) təzminat ödəyəcəkdir. | |||||
d) Sizin Xeyrinizə Qərar. | |||||
Siz və ya Epson-un vəkil haqqları və xərcləri istisna olmaqla dəymiş zərərlərə görə $75 000 və ya daha az məbləğdə təzminat istədiyi Mübahisələrdə, arbitr Mübahisənin həlli üçün Epson-un etdiyi son yazılı təklifdən (əgər varsa) böyük məbləğin sizə ödənilməsi haqqında qərar verərsə, Epson: (i) sizə hansı daha böyük olarsa, ya $1 000, ya da qərarda göstərilən məbləği ödəyəcəkdir; (ii) sizə, əgər varsa, əsaslı vəkil haqqları məbləğinizin iki mislini ödəyəcəkdir; və (iii) sizə vəkilinizin Mübahisəni arbitrajda tədqiq etmək, hazırlamaq və izləmək üçün əsaslı şəkildə topladığı hər hansı xərclərə (o cümlədən, ekspert şahid haqqları və xərcləri) görə təzminat ödəyəcəkdir. Siz və Epson-un yazılı şəkildə razılaşdığı hallar istisna olmaqla, arbitr Epson tərəfindən bu 22.6d) Bölməsinə uyğun olaraq ödənilməli haqqlar, xərclər və məsrəflərin məbləğini müəyyən etməlidir. | |||||
e) Vəkil Haqqları. | |||||
Bu Müqaviləyə uyğun olaraq Mübahisə ilə əlaqədar başladılmış hər hansı arbitrajla bağlı öz vəkil haqqları və məsrəflərinin təzminatını əldə etməyə çalışmayacaqdır. Sizin yuxarıdakı 22.6(d) Bölməsinə uyğun olaraq vəkil haqqları və məsrəfləri ilə əlaqədar hüququnuz tətbiq olunan qanuna uyğun vəkil haqqları və məsrəfləri ilə əlaqədar hüquqlarınızı məhdudlaşdırmır; yuxarıda qeyd edilənlərə baxmayaraq, arbitr vəkil haqqları və məsrəflərinin təkrar/dublikativ ödənilməsi haqqında qərar qəbul edə bilməz. |
22.7İmtina.
Siz bu Müqaviləyə razılığınızdan (o cümlədən, Proqram Təminatının alışı, endirilməsi, quraşdırılmasından və ya Epson Avadanlığının, məhsul və xidmətlərinin digər tətbiq oluna bilən istifadəsindən) sonra otuz (30) gün ərzində Epson Ünvanına yazılı məktub göndərməklə yekun, icbari və fərdi arbitraj prosedurundan və bu Müqavilədə göstərilən kollektiv və təmsilçi proseslərdən imtinadan imtina etməyi (özünüzü kənarlaşdırmağı) seçə bilərsiniz; bu imtinada (i) sizin adınız, (ii) sizin məktub ünvanınız, və (iii) sizin yekun, icbari və fərdi arbitraj prosedurundan və bu 22 Bölməsində göstərilən kollektiv və təmsilçi proseslərdən imtinadan kənarlaşdırılmaq haqqında sorğunuz göstərilməlidir. Sizin yuxarıda təsbit edilən prosedura uyğun olaraq imtina etdiyiniz halda, bütün digər şərtlər, o cümlədən məhkəmə işindən əvvəl bildiriş təmin etmək tələbi tətbiq olunmaqda davam edəcək.
22.8Bölməsinə Düzəlişlər 22.
Bu Müqavilədə əksi ilə əlaqədar hər hansı müddəaya baxmayaraq, siz və Epson razılaşırsınız ki, Epson mübahisələrin həlli proseduruna və kollektiv məhkəmə işindən imtina müddəalarına hər hansı gələcək düzəlişlər edərsə (Epson-un ünvanına dəyişikliklər istisna olmaqla), Epson tətbiq olunan düzəlişlə bağlı sizin müsbət razılığınızı əldə edəcəkdir. Əgər siz tətbiq olunan düzəlişə müsbət razılıq cavabı verməsəniz, siz tərəflər arasındakı hər hansı Mübahisəni bu 22 Bölməsinin dilinə uyğun olaraq arbitraj edəcəyinizə (və ya bu Müqaviləyə ilk dəfə razılıq verdiyiniz zaman vaxtlı-vaxtında imtina etməyi seçdiyiniz təqdirdə, mübahisələri 22.7 Bölməsində göstərildiyi kimi həll etməyə) razılıq verirsiniz.
22.9Müddəanın Müqavilədən Çıxarılmasının Mümkünlüyü.
Əgər bu 22 Bölməsindəki hər hansı müddəanın icra olunmaz olduğu aşkar edilərsə, həmin müddəa bu Müqavilədən çıxarılacaq, bu Müqavilənin qalan hissəsi isə tam hüquqi qüvvəsini saxlayacaqdır. Yuxarıda qeyd olunanlar 22.5 Bölməsində göstərilmiş kollektiv və ya təmsilçi məhkəmə proseslərinin qadağasına tətbiq olunmayacaqdır. Bu o deməkdir ki, əgər 22.5 Bölməsinin icraolunmaz olduğu aşkar edilərsə, bütün 22 Bölməsi (lakin yalnız 22 Bölməsi) hüquqi qüvvəsini itirəcək və etibarsız olacaq.
23.Nyu Cersi Sakinləri Üçün.
BU MÜQAVİLƏDƏ İRƏLİ SÜRÜLƏN HƏR HANSI ŞƏRTƏ BAXMAYARAQ, ƏGƏR 7 VƏ YA 8 BÖLMƏLƏRİNDƏ İRƏLİ SÜRÜLƏN MÜDDƏALARDAN HƏR HANSI BİRİNİN NYU CERSİ QANUNUNA ƏSASƏN İCRAOLUNMAZ, ETİBARSIZ VƏ YA TƏTBİQ OLUNMASININ QEYRİ-MÜMKÜN OLDUĞU AŞKAR EDİLƏRSƏ, HƏR HANSI BU CÜR MÜDDƏA SİZƏ TƏTBİQ OLUNMAYACAQ, LAKİN MÜQAVİLƏNİN QALAN HİSSƏSİ SİZ VƏ EPSON ÜÇÜN İCBARİ OLMAQDA DAVAM EDƏCƏK. BU MÜQAVİLƏDƏKİ HƏR HANSI MÜDDƏAYA BAXMAYARAQ, BU MÜQAVİLƏDƏ HEÇ BİR ŞEY İSTEHLAKÇININ HƏQİQƏTİ MÜQAVİLƏSİ, ZƏMANƏTİ VƏ BİLDİRİŞİ AKTINA ƏSASƏN SİZİN ÜÇÜN ƏLÇATIMLI OLAN HƏR HANSI BİR HÜQUQU MƏHDUDLAŞDIRMAĞI NƏZƏRDƏ TUTMUR VƏ BU CÜR HÜQUQLARI MƏHDUDLAŞDIRAN HESAB EDİLMƏMƏLİ VƏ YA BU CÜR HÜQUQLARI MƏHDUDLAŞDIRAN KİMİ ŞƏRH EDİLMƏMƏLİDİR.
AVSTRALİYADA MALLAR ƏLDƏ ETMİŞ OLDUĞUNUZ VƏ YA XİDMƏTLƏRDƏN İSTİFADƏ ETMİŞ OLDUĞUNUZ HALDA, BU SƏNƏDİN AŞAĞIDAKI 24-36-CI BÖLMƏLƏRİ SİZƏ ŞAMİL EDİLƏ BİLƏR (BU BÖLMƏLƏRİN sizə NƏ ZAMAN ŞAMİL EDİLƏCƏYİ BARƏDƏ ƏLAVƏ MƏLUMAT ÜÇÜN 25 VƏ 28-Cİ BÖLMƏLƏRƏ BAXIN)
24.Terminlər
Bu Müqavilənin aşağıda verilmiş 24-36-cı Bölmələrinin məqsədləri üçün Avstraliya İstehlakçı Qanunudedikdə Avstraliyanın 2010-cu ildə qəbul edilmiş Rəqabət və istehlakçıların hüquqlarının qorunması haqqında qanununun (Cth) 2-ci Əlavəsi nəzərdə tutulur.
25.İstehlakçı olaraq məhsulun əldə edilməsi
Avstraliyada Avstraliya İstehlakçı Qanununa (qanun fiziki və ya hüquqi şəxsləri, yaxud istənilən ölçüdə olan digər qurumları əhatə edə bilər) əsasən Proqram təminatı əldə etdiyiniz halda bu Müqavilə aşağıda verilmiş 26 və 27-ci Bölmələrlə tənzimlənir.
26.Avstraliya İstehlakçı Qanunu
Avstraliya İstehlakçı Qanununa əsasən, malik ola biləcəyiniz istənilən hüququn və ya hüquqi müdafiə vasitəsinin istisna edilməsi, məhdudlaşdırılması və ya dəyişikliyə uğraması qanuna əsasən mümkün deyilsə, bu Müqavilə heç bir halda həmin istisna, məhdudlaşdırma və ya dəyişikliyə uğrama hallarına tətbiq edilmir.
Bu Müqavilədə bunun əksini ifadə edən hər hansı müddəanın olmasına baxmayaraq, Epson mallarını əldə etdiyiniz və ya xidmətlərindən yararlandığınız halda onlar bu Müqavilənin hər hansı digər şərtləri ilə istisna edilməyən Avstraliya İstehlakçı Qanununa əsasən, qanunla müəyyən edilmiş təminat altında olacaqlar.
Qanunla müəyyən edilmiş təminat aşağıdakıları əhatə edir (lakin sadalananlarla məhdudlaşmır)
Mallar qəbul edilə biləcək keyfiyyətə malik olmalıdırlar. Bu, onların: | ||
-təhlükəsiz; -qüsursuz; -xarici görünüşü və səthinin işlənməsinə görə qəbul edilə bilən olması; -funksiyalarını gözlənilən şəkildə yerinə yetirə bilməsi; -hər hansı nümayiş modeli və ya nümunəsinə uyğun olması; -Epson tərəfindən təqdim edilən qaydada təyinatına uyğun olması; -Epson tərəfindən təsvir edilən mallara uyğun olması və; -satın aldığınız zaman istismar göstəriciləri, vəziyyət və keyfiyyət baxımından Epson tərəfindən verilən, birmənalı şəkildə ifadə edilən hər hansı zəmanətə uyğun olması deməkdir. |
||
Epson tərəfindən göstərilən xidmətlər: | ||
-müvafiq diqqət yetirilməklə və xüsusi bacarıq və ya texniki bilikdən istifadə edilməklə göstərilməli; -qəbul edilmiş təyinatına uyğun olmalı və ya nəticələri nümayiş etdirməli və; -son tarix üzrə razılaşma olmadığı halda ağlabatan müddət ərzində göstərilməlidir. |
27.Zəmanətdən və hüquqi müdafiə vasitələrindən imtina
7-ci Bölmə sizə şamil edilməyəcək, bunun əvəzində aşağıdakı bölmə şamil ediləcək:
EPSON MALLARI, AVSTRALİYA İSTEHLAKÇI QANUNUNA ƏSASƏN İSTİSNA EDİLMƏSİ MÜMKÜN OLMAYAN ZƏMANƏTLƏRLƏ SATILIR. SİZİN CİDDİ NASAZLIQLARA GÖRƏ MALIN ƏVƏZLƏNMƏSİNİ VƏ YA DƏYƏRİNİN ÖDƏNMƏSİNİ VƏ DİGƏR MƏNTİQƏUYĞUN ŞƏKİLDƏ GÖZLƏNİLƏN İTKİ VƏ YA ZƏRƏR ÜÇÜN TƏZMİNAT TƏLƏB ETMƏK HÜQUQUNUZ VARDIR. MALLAR QƏBUL EDİLƏ BİLƏCƏK KEYFİYYƏTDƏ OLMADIĞI VƏ NASAZLIQ CİDDİ OLMADIĞI HALDA SİZİN MALLARIN TƏMİR EDİLMƏSİNİ VƏ YA ƏVƏZLƏNMƏSİNİ TƏLƏB ETMƏK HÜQUQUNUZ DA VAR.
BUNDAN BAŞQA, BU MÜDDƏA İSTİSNA EDİLMƏSİ AVSTRALİYA İSTEHLAKÇI QANUNUNA ƏSASƏN MÜMKÜN OLMAYAN ZƏMANƏTLƏRİ, TƏMİNATLARI VƏ YA HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİNİ HEÇ BİR ŞƏKİLDƏ İSTİSNA ETMİR, MƏHDUDLAŞDIRMIR VƏ YA DƏYİŞDİRMİR: (1) PROQRAM TƏMİNATI “OLDUĞU KİMİ” VƏ HƏR HANSI ŞƏKİLDƏ ZƏMANƏT VERİLMƏDƏN TƏMİN EDİLİR; (2) EPSON VƏ ONUN TƏCHİZATÇILARI PROQRAM TƏMİNATINDAN İSTİFADƏ EDƏRƏK ƏLDƏ EDƏ BİLƏCƏYİNİZ İŞ GÖSTƏRİCİLƏRİ VƏ YA NƏTİCƏLƏR ÜÇÜN ZƏMANƏT VERƏ BİLMƏZ VƏ VERMİR; (3) Epson Proqram təminatının fasiləsiz, xətasız, virussuz və ya özündə digər zərərli komponentlər və ya zəifliklər ehtiva etmədən işləyəcəyinə, yaxud Proqram təminatının sizin ehtiyaclarınıza və ya tələblərinizə cavab verəcəyinə zəmanət vermir; (4) Epson, onun ağlabatan nəzarəti xaricində meydana gələn səbəblərlə bağlı yavaş işləmə və ya işləməmə üçün məsuliyyət daşımır; və (5) EPSON BİRMƏNALI ŞƏKİLDƏ İFADƏ EDİLƏN VƏ YA GÜMAN EDİLƏN MÜƏLLİF HÜQUQUNU POZMAMA, TƏYİNATINA VƏ XÜSUSİ MƏQSƏD ÜÇÜN UYĞUN OLMA ZƏMANƏTLƏRİ DAXİL OLMAQLA (LAKİN BUNLARLA MƏHDUDLAŞDIRILMADAN) DİGƏR HƏR CÜR ZƏMANƏTİ RƏDD EDİR.
28.Məhsulun İstehlakçı və ya Kiçik biznes müqaviləsinə əsasən əldə edilməsi
Əgər:
(a) siz fiziki şəxsinizsə və Proqram təminatını tamamilə və ya əsas etibarilə şəxsi işlərinizdə, məişətdə və ya ev işlərində istifadə etmək və ya işlətmək üçün əldə edirsinizsə; yaxud
(b) bu müqavilə kiçik biznes müqaviləsinin (bu terminin bəzi hallarda Avstraliya İstehlakçı Qanununda müəyyən edilən müvafiq mənasına uyğun olaraq)
29.Məsuliyyətin məhdudlaşdırılması
8-ci Bölmə sizə şamil edilməyəcək, bunun əvəzində aşağıdakı bölmə şamil ediləcək:
25-ci Bölməyə əsasən, HEÇ BİR HALDA TƏRƏFLƏRDƏN BİRİ VƏ YA ONUN TƏCHİZATÇILARI MÜQAVİLƏ, ZƏRƏR VURMA (LAQEYDLİK DAXİL OLMAQLA), BİRBAŞA MƏSULİYYƏT, ÖHDƏLİYİ YERİNƏ YETİRMƏMƏ, YANLIŞ YÖNLƏNDİRMƏ İLƏ ƏLAQƏLİ OLARAQ ORTAYA ÇIXAN HƏR HANSI DOLAYI, XÜSUSİ, QƏSDSİZ VƏ YA SƏBƏBKAR ZƏRƏRLƏRİ, YAXUD BAŞQA HALLARDA, PROQRAM TƏMİNATINDAN İSTİFADƏ EDİLMƏSİ VƏ YA İSTİFADƏ EDİLƏ BİLMƏMƏSİ, YAXUD BU MÜQAVİLƏ İLƏ ƏLAQƏLİ MEYDANA GƏLƏN BİZNES GƏLİRLƏRİNİN İTKİSİ, BİZNESİN MÜVƏQQƏTİ DAYANMASI, BİZNES MƏLUMATLARININ İTKİSİ, YAXUD DİGƏR MADDİ İTKİ İLƏ ƏLAQƏLİ ZƏRƏRLƏR ÜÇÜN MƏSULİYYƏT DAŞIMAYACAQ (HƏTTA HƏMİN TƏRƏF VƏ YA ONUN NÜMAYƏNDƏSİ BU CÜR ZƏRƏRLƏR BARƏDƏ MƏLUMATLANDIRILMIŞ OLSALAR BELƏ).
30.Lisenziyanın verilməsi
1-ci Bölmədə yer alan (Lisenziyanın verilməsi) Epson şirkətinin zərərlərinin əvəzinin ödənməsi sizə şamil edilmir. Siz Proqram təminatından istifadə etmələrinə icazə verdiyiniz digər istifadəçilərin hər hansı fəaliyyətini və ya fəaliyyətsizliyini özünüzün fəaliyyətiniz və ya fəaliyyətsizliyiniz kimi qəbul edir, bu fəaliyyət və fəaliyyətsizlik üçün özünüzün cavabdeh olduğunuzla və məsuliyyət daşıdığınızla razılaşırsınız.
31.Təkmilləşdirmələr və yeniləmələr
Epson şirkətinin Proqram təminatını 2-ci Bölməyə əsasən avtomatik olaraq yenilədiyi hallarda (Təkmilləşdirmələr və yeniləmələr) Proqram təminatının əsas xüsusiyyəti işini dayandırarsa və ya ləğv edilərsə, yaxud onda ciddi dəyişiklik olarsa (xətanın aradan qaldırılması, düzəlişlər, təkmilləşdirmələr, əlavə və ya gücləndirilmiş funksiyalar, əlavə proqramlar və yeni versiyalar ilə əlaqəli olaraq) və siz bunun sizin üçün kiçik olmayan zərərli təsirinin olduğunu sübut edə bilsəniz, Epson qarşısında hər hansı əlavə məsuliyyət daşımadan bu Müqaviləyə yazılı şəkildə xitam verə bilərsiniz.
32.Tam müqavilə
11-ci Bölmə (Tam müqavilə) sizə şamil edilməyəcək.
33.Müddəaların müstəqilliyi; Düzəlişlər
Bu Müqaviləyə, yalnız Epson şirkəti və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yazılı şəkildə düzəliş edilməsindən əlavə onların onu imzaladığı halda həmçinin sizin və ya səlahiyyətli nümayəndənizin ona düzəliş etmənizdən əlavə onu imzaladığınız halda düzəliş edilə bilər.
34.Təzminat
14-cü bölmə (Təzminat) sizə şamil edilməyəcək.
35.Xitam
15-ci Bölmə sizə şamil edilməyəcək, bunun əvəzində aşağıdakı bölmə şamil ediləcək:
Tərəflərin digər hər hansı hüququna xələl gətirmədən, tərəflərdən hər biri digər tərəfin bu Müqaviləyə əməl etmədiyi halda digər tərəfin məlumatlandırılmasını əsas götürməklə bu Müqaviləyə xitam verə bilər. Xitam verildikdən sonra Proqram təminatının istifadəsini dayandırmalısınız və onun surətlərinin hamısı dərhal məhv edilməlidir.
36.Müqavilə bağlamaq qabiliyyəti və səlahiyyəti
Özünüzü 16-cı Bölmədə təqdim etməyinizdən əlavə (Müqavilə bağlamaq qabiliyyəti və səlahiyyəti) Epson bu Müqaviləni bağlamaq üçün müvafiq səlahiyyətə malik olduğunu bəyan edir.
2023